Qubadlı uğrunda şəhid olan əsgər Samir Allahverdiyev - Fotolar

07 İyn 2022 08:49
296

Bu gün Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin doğum günüdür

Ambur.az-ın məlumatına görə, Samir Elçin oğlu Allahverdiyev 07 iyun 2001-ci ildə Lənkəran şəhərində anadan olub. 2007-2018-ci illərdə R.Məmmədov adına 5 saylı Lənkəran şəhər tam orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra, 2019-cu ildə Lənkəran rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə yola salınıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Samir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 22-də Qubadlı istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lənkəran şəhərinə gətirilib və orada böyük izdihamla torpağa tapşırılıb. Subay idi.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Samir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər