Qubadlıda mina partladı - İt öldü, bələdçi yaralandı

30 Avq 2022 07:59
168

Avqustun 30-da işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

Ambur.az xəbər verir ki, Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən verilən məlumata görə, partlayış nəticəsində Agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası Dina ləqəbli minaaxtaran it tələf olub.

Hadisə ANAMA tərəfindən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər