Rafiq Cəlilov HƏP sədrinin Talışların işi üzrə müşaviri təyin edilib

17 Dek 2021 01:06
951

"Tolışon Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilov Haqq Ədalət Partiyası sədrinin Talışların işi üzrə müşaviri təyin edilib.

Ambur.az bildirir ki, Haqq Ədalət Partiyasının Mərkəzi qərargahında iclas keçirilib. Keçirilən iclasda ikinci məsələ milliyətcə Talış olan vətəndaşların işi üzrə HƏP sədrinin müşavirinin təsdiqi olub. Belə ki, Rafiq Cəlilov Haqq Ədalət Partiyası sədrinin Talışların işi üzrə müşaviri təyin edilib.

Bu barədə qəzetin baş redaktoru Rafiq Cəlilov məlumat verib: "Bu gün dəyərli insan Əli müəllim İnsanov cənabları məni özünün müşaviri təyin etdi, bu təyinatı bəyənən talışlara da, bəyənməyən talışlara da minnətdaram, çalışacam ki, millətimiz üçün nə xeyirlidirsə - onu edim...".

HƏP-nın yaydığı məlumatda qeyd olunur: "Gündəlikdəki ikinci məsələ ilə bağlı Əli İnsanov Azərbaycan Respublikası Prezidentinin azsaylı xalqların işi üzrə 1992-ci ildə imzaladığı fərmana müvafiq milliyətcə Talış olan vətəndaşlarımızın işi üzrə Rafiq Cəlilovu HƏP sədrinin müşaviri vəzifəsinə təsdiq olunmasını təklif etdi. İdarə Heyətinin üzvləri namizədi yekdilliklə dəstəklədilər və təsdiq etdilər.

Rafiq Cəlilov 1980-ci illərin sonunda Xalq Hərəkatının tanınmış fəallarından biri olmuş, dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Talış Mədəniyyət Mərkəzinin 9 ilə yaxın rəhbəri olmuş, 2011-ci ildən "Tolışon Sədo" ("Talışların Səsi") qəzetinin baş redaktoru olmuşdur. O, ixtisasca jurnalist və tanınmış ictimai-siyasi xadimdir".

Rafiq Cəlilov HƏP sədrinin Talışların işi üzrə müşaviri təyin edilib
Rafiq Cəlilov HƏP sədrinin Talışların işi üzrə müşaviri təyin edilib
Rafiq Cəlilov HƏP sədrinin Talışların işi üzrə müşaviri təyin edilib

Oxşar xəbərlər