“Razılaşmanın həyata keçirilməsi ilə bağlı nəzarət mərkəzi yaradılacaq“- Leyla Abdullayeva

11 Noy 2020 15:09
48

“Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək. Razılaşmaya görə, çıxarılma 20 gün içində tamamlanacaq”.

Ambur.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Türkiyənin Demirören Xəbər Agentliyinə (DHA) açıqlamasında bildirib.

Nazirlik rəsmisi Qarabağ qələbəsindən sonrakı proses barədə danışıb: “Razılaşmanın həyata keçirilməsi ilə bağlı nəzarət mərkəzi yaradılacaq. Razılaşmada hansısa bir ölkənin adı keçmir. Bu, suallar yarada bilər. Ancaq bölgədə nəzarətə Rusiya ilə birlikdə Türkiyə də edəcək. Türkiyənin də atəşkəsə nəzarət müşahidə mərkəzində olacağı dəqiqdir”.

Oxşar xəbərlər