Rəşid Mahmudov: “Erməni müğənnini Bakıya gətirən də elə onların tayıdı”

27 İyl 2018 02:07
450

 


Rus estradasının erməni əsilli müğənnisi Zara Nardaran sahilindəki “Sea Breeze”-də keçirilən Jara 2018 Musiqi Festialında iştirak etmək üçün Bakıya gəlir. Müənni festivalın son günü-iyulun 29-da səhnəyə çıxacaq. Rusiyanın əməkdar artisti olan Zara Paşaevna Mgoyan 1983-cü ildə Sank-Peterburqda anadan olub. Əsl adı Zərifə olan Zaranın bir tərəfi yezidi kürd, bir tərəfi isə ermənidir. Onun ailəsi Ermənistanın Gümrü bölgəsində yaşayır.



Bir neçə gündür ki, xəbəri eşidən insanlarımız erməni müğənninin Bakıya gəlməsini sərt qınayırlar. Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov Moderator.az-a açıqlamasında bunu təşkil edən şəxsləri sərt qınadı:


 


“Erməni müğənnini Bakıya kim gətirir ona bu sualı verin ki, niyə belə edirsən. Mənim vallah bunlara sözüm yoxdu, ay oğul. Kim gətirir, gətirsin. Onda bunlar da onların tayıdır. Xahiş edirəm məni çox danışdırma”

Oxşar xəbərlər