Respublika Talış Mədəniyyət Mərkəzinə yeni sədr seçilib

21 İyl 2021 15:52
212

Dünən Lerikdə Respublika Talış Mədəniyyət Mərkəzinin konfransı keçirilib.

Ambur.az xəbər verir ki, konfransda RTMM-nə yeni sədr və sədr müavinləri seçilib.

Konfransda talış ziyalıları, sənət adamları, mədəniyyət nümayəndələri iştirak edib. Səsvermə nəticəsində "Aləm" jurnalının baş redaktoru, "Aləm" TV internet televiziyyasının icraçı direktoru Vüqar Həmati RTMM-nin sədri seçilib.

Hüquqşünas, vəkil Seyran Dadaşov və  Talysh DNA Proyectinin yaradıcısı, tarixçi, geneoloq Rəzzaq Xansuvar isə sədr müavini seçilib.

Qeyd edək ki, bundan öncə RTMM-nin sədri "Tolışon Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilov idi. 

Oxşar xəbərlər