Respublika Talış Mədəniyyət Mərkəzinin Sədri Dövlət başçısına məktub ünvanlayıb

31 Avq 2021 16:35
691

Ambur.az xəbər verir ki, Respublika Talış Mədəniyyət Mərkəzinin Sədri Dövlət başçısına məktub ünvanlayıb

                                                  Azərbaycan Respublikasının Prezidenti
                                                                               Cənab İlham Əliyevə
                                                                                                       Surəti
                               Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  
                                                                      Mehriban xanım Əliyevaya
                                       Azərbaycan Respublikası Milli Məclisinin sədri
                                                                       Sahibə xanım Qafarovaya
                                                   Azərbaycan Respublikası Təhsil Naziri
                                                                        Cənab Emin Əmrullayevə
        Respublika Talış Mədəniyyət Mərkəzinin Sədri Vüqar Mirzəyevdən

                                     M Ü R A C İ Ə T

     Çox hörmətli prezident, müzəffər Ali Baş Komandan!
     Son illər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyi ənənələri Sizin tərəfinizdən daha da qüvvətləndirilmiş,ölkəmizdə multikultural mühit formalaşmışdır. Təsadüfi deyil ki, Sizin rəhbərliyiniz altında ölkədə yaşayan bütün xalqlar bir yumruq halında birləşərək mənfur düşmənimiz – ermənilər üzərində tarixi qələbə qazandı. Bu qələbənin qazanmasında öz doğma qardaşları – Azərbaycan ərazisində yaşayan digər xalqlarla çiyin-çiyinə vuruşan talış xalqının nümayəndələrinin də öz payı oldu. Talış xalqının nümayəndələri bir daha sübut etdi ki, onlar bu torpağa, bu vətənə, bu elə, eləcədə Cənab Prezidentə və onun apardığı siyasətə sadiqdirlər. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək biz fəxr edirik ki, biz AZƏRBAYCANLIYIQ.
     Cənab Prezident!
     Nəzərinizə çatdırmaq istəyirik ki, Sizin göstərişinizə əsasən, bir neçə il bundan əvvəl talışların kompakt yaşadığı ərazilərdə I – IV siniflər üçün yeni kurikulum əsasında dərsliklər hazırlanmış və onlar Təhsil Nazirliyinin ekspert komissiyasında müsbət rəy alaraq çapa tövsiyə edilmişdir. Amma təəssüflə qeyd etmək lazımdır ki, naməlum səbəbdən həmin dərsliklər hələ də çap edilmir. Nəzərə alsaq ki, əvvəl nəşr olunmuş dərsliklərin çapından 20 ilə yaxın vaxt keçib, həmin dərsliklər kurikulum əsasında hazırlanmayıb və ölkəmizin hazırkı reallığını əks etdirmir, o səbəbdən də hazırda tədris üçün yaramır.

     Yuxarıda deyilənləri nəzərə alaraq, Sizdən xahiş edirik ki, növbəti dərs ilində yeni dərsliklərin çapına göstəriş verəsiniz.

     Sizə dərin hörmət və ehtiramla:                  Respublika Talış Mədəniyyət
                                                                         Mərkəzinin Sədri Vüqar Mirzəyev

Oxşar xəbərlər