Respublikanın bir qrup aparıcı blogerləri Astarada rayonun milli mətbəxi və adət-ənənələri ilə tanış olublar - Fotolar

29 Apr 2022 16:19
268

Respublikanın bir qrup aparıcı blogerləri Astarada səfərdə olublar.

Ambur.az xəbər verir ki, iki gün davam edən səfərdə qonaqlar rayonun təbiəti, abidələri, milli mətbəxi və adət-ənənələri ilə tanış olublar.

Əvvəlcə “Sitrus” istirahət məkanında Fəxri mədəniyyət işçisi Fərbiyə Şabanovanın rəhbərliyi ilə “Əvəsor” Xalq kollektivinin ifasında “Talış toyu” folklor nümunələrinə tamaşa ediblər.

Sonra Sım kəndinin ecazkar təbiət abidələri və Sım şəlaləsinə ekskursiya edən qonaqlar Sım kənd folklor evinin hazırladığı konsert proqramını dinləyiblər.

Tədbirlərin yekunu olaraq Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Astara dənizkənarı park-bulvar kompleksində qonaqlar üçün rayonun folkloru, etnoqrafiyası, milli kulinariya və mətbəxini əks etdirən, eləcə də tətbiqi və təsviri sənət ustalarının iştirakı ilə geniş mədəni proqram nümayiş etdirilib.

Blogerlərin iştirakı ilə “Torpağı qoru” flaşmobu ilə bitən tədbirin sonunda qonaqlar təşkilatçılara bir daha Astaraya gəlmək arzusu ilə təşəkkürlərini bildiriblər!

Oxşar xəbərlər