Rəzzaq Xansuvar: “Kəndin adı “Azərbaycan“ deyil. Heç bir mənada. Orjinal elə Ozobijon qalmalı idi“ - VİDEO

27 Yan 2022 16:32
121

"Məsələ bundadır ki, kəndin adı "Azərbaycan" deyil. Ozobijon, orjinal elə Ozobijon qalmalı idi. Hansısa bir kəndi nəyilə eyniləşdirmək düzgün deyil axı".

Ambur.az xəbər verir ki, bunu tarixçi, geneoloq, Talysh DNA Projectinin yaradıcısı Rəzzaq Xansuvar "Aləm" TV-də Lerikin Ozobijon(hal-hazırda Günəşli) kəndinin adı və tarixi ilə bağlı söz açarkən deyib deyib.

O, əlavə edib: "Kəndin adı "Azərbaycan" deyil. Heç bir mənada. "Sənədlərdə biz baxırıq, orda yazılıb, Ozzo pi con, ya Osso pi con, ya Ozo pi con. Yəni bu "Azərbaycan" deyil. 100 faiz "Azərbaycan" deyil. Dəqiqdir. Onun mənasına gələndə, orda iki versiya irəli sürmək olar. Ümumiyyətlə Ozobijon kənd camaatı hamısı Cəngəmirandan gəlib. Hamısı Cəngəmiranın camaatıdır. Bunlar yaylaq-qışlaqla bağlı olurdular. Düşüblər aşağı, qışlağa. Ozobijon elə bil Cəngəmiranın qışlağı olub. Cəngəmirandan bir neçə nəsil gəliblər, məskunlaşıblar Ozobijonda və Ozobijon kəndi yaranıb. Ozobijon kəndi yaxlnlığında Vov deyilən bir bulaq var. Ordan insanlar gedirlər öz xəstəliklərini, məsələn ayağı ağrıyır, ya bir xəstəlik yaranınr. Gedirlər orda şəfa tapırlar. Yəni şəfa tapılan yerdir. Eyni zamanda sənin bir "Ozzon" varsa, talışca "ozzo" yəni, bir bəlan varsa, sənin o ozzo, bəlan orda çıxır...".

Oxşar xəbərlər