Ronaldu “Real Madrid“ə qayıtmayacaq

20 Apr 2021 13:25
15

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres İtaliya "Yuventus"unda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun qayıtma ehtimalına münasibət bildirib.

"Report" "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, 74 yaşlı funksioner portuqaliyalı hücumçunun "kral klubu"na dönməyəcəyini deyib.

Peresin sözlərinə görə, bu məsələ barədə danışmağın mənası yoxdur: "Onun "Yuventus"la müqaviləsi var".

Qeyd edək ki, Kriştianu Ronaldunun İtaliya klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun illik məvacibi 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya keçib.

Oxşar xəbərlər