RTMM-nin sədri Vüqar Həmati Mədəniyyət nazirinə ünvanladığı müraciətlə bağlı paylaşım edib

13 Yan 2022 15:06
175

Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Vüqar Həmati özünün "Facebook" profilində Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimova ünvanladıqları müraciətlə bağlı paylaşım edib

Ambur.az-ın xəbərinə görə, ünvanlanan müraciətə Mədəniyyət naziri cənab Anar Kərimov tərəfindən verilən müsbət cavabla bağlı Vüqar Həmati özünün Facebook" profilində paylaşım edib:

"Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Anar Kərimova ünvanladığımız müraciətdə böyük həcmli kütləvi tədbirləri keçirmək üçün, tamaşaların səhnəyə qoyulması üçün məkanımız və səhnəmizin olmadığını bildirmişdik və bu işlərdə dövlətimizin köməyinə çox böyük ehtiyacımızın olduğunu vurğulamışdıq. Bununla əlaqədar Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov mənimlə əlaqə saxladı və lazım olan köməyi göstərməyə hazır olduqlarını bildirdi. Yaxın günlərdə hörmətli Şahin müəllimlə görüşüb bu məsələləri daha geniş müzkirə etmək qərarına gəldik.

Cənab Nazirə və Şahin müəllimə Respublika Talış Mədəniyyət Mərkəzi adından təşəkkürümüzü bildiririk.
Buyurun, xalqımızın dəyərli musiqiçiləri, şairləri, yazarlari, rəssamları, aktyorları, tarixçiləri və digər yaradıcı insanları! Dövlətimizin bir xalq olaraq bizimçün yaratdığı bu gözəl, münbit şəraitdən faydalanaraq dilimizin, mədəniyyətimizin inkişafı üçün birgə səy göstərək".

Qeyd edək ki, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Vüqar Həmati Talışların öz dillərində kütləvi mədəni tədbirlərin keçirə bilmələri üçün kompakt yaşadığı rayonların ərazisində fəaliyyət göstərən teatrlarda və digər mədəniyyət ocaqlarında müvafiq mədəniyyət müəssisələrinin müəyyən müddətlərdə onların istifadəsinə verilməsi ilə bağlı Mədəniyyət naziri cənab Anar Kərimova müraciət ünvanlamışdı. Həmin müraciəti buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər