Ruhani Abgül Süleymanov azadlığa çıxıb

30 Sen 2022 08:43
326

Tanınmış ruhani hacı Abgül Süleymanov bu gün azadlığa çıxıb.

Ambur.az xəbər verir ki, bu barədə ruhaninin yaxınları məlumat veriblər.

Bildirək ki, Abgül Süleymanov 1976-cı ildə Bakıda dünyaya gəlib. O, dini-ictimai fəaliyyətinə görə 2011-ci ilin avqust ayında ləğv edilmiş MTN əməkdaşları tərəfindən İsmayıllıda saxlanılıb və barəsində müxtəlif ittihamlar qaldırılıb.

Bakıda Ağır Cinayətlər Məhkəməsi “Cəfəri heyəti” cəmiyyətinin saxlanılan rəhbəri Abgül Süleymanova 10 avqust 2012-ci ildə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

Qeyd edək ki, Abgül Süleymanov təhsil ocaqlarında hicab qadağasına qarşı çıxan ruhanilərdən biri idi.

Oxşar xəbərlər