Rusiya hərbçiləri Ukraynanın Oleşki şəhərini ələ keçirdi

15 Apr 2022 06:08
124

Xerson vilayətinin Oleşki şəhəri rusiyalı hərbçilər tərəfindən ələ keçirilib.

Ambur.az xəbər verir ki, bu barədə şəhərin meri Yevgeni Rışuk Teleqram kanalında yazıb. 

“Artıq şəhər administrasiyasının binası üzərində rus bayrağı asılıb. Onlar indi təəssüf ki, şəhərə tam daxil olurlar”, - mer qeyd edib. 

Onun sözlərinə görə, Ukrayna patrulları artıq küçələrdə işləməyəcək və onları ruslar əvəz etməyə başlayacaqlar.

Oxşar xəbərlər