Rusiya Mərkəzi Bankı: Azərbaycan beş il ərzində Moskva iqtisadiyyatına təxminən yarım milyard dollar sərmayə qoyub

06 İyn 2022 19:34
72

2017-ci ildən 2021-ci ilə qədər Azərbaycan Moskva iqtisadiyyatına 467 milyon dollar sərmayə qoyub. 

Ambur.az bildirir ki, bunu İnterAz Rusiya mətbuatına istinadən xəbər verir ki.

Qeyd edilir ki, bunu Rusiya Mərkəzi Bankının məlumatlarına istinadən Moskva merinin iqtisadi siyasət, əmlak və torpaq münasibətləri üzrə müavini Vladimir Yefimov bildirib. 

Yefimov Azərbaycan biznesinin əsasən kimya sənayesi və daşınmaz əmlaka investisiya yatırdığına diqqət çəkib.

Onun sözlərinə görə, Azərbaycan MDB ölkələri arasında Moskvanın əsas tərəfdaşlarından biridir. "Beş il ərzində investisiyalar 3,8 dəfə, il ərzində - 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər - 15,6% artıb", deyə Yefimov vurğulayıb. 

Oxşar xəbərlər