Rusiyada son sutka daha 8115 nəfər COVİD-19-a yoluxdu

11 May 2021 15:35
17

Rusiyada son sutka ərzində daha 8115 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Ambur.az Unikal.org-a istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 896 842 nəfərə çatıb.

Son sutka ərzində 329 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 113 976 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Oxşar xəbərlər