Rusiyalı ekspert: Əliyev Paşinyanı “bağladı”

30 Sen 2020 05:53
278

Sentyabrın 29-da “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində iştirak edən rusiyalı hərbi ekspert İqor Korotçenko Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyan arasında baş tutan debata maraqlı şərh verib.

Ambur.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Korotçenko verilişə dair fikirlərini öz tvitter hesabında paylaşıb.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağ hadisələri ilə bağlı eksklüziv şərhlər etdiyi “60 dəqiqə” verilişinin canlı yayımında idim. Əliyev Paşinyanı “bağladı” - MDBMİ məktəbi bu deməkdir”,-deyə Korotçenko bildirib.

“Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?”,- deyə ekspert başqa bir paylaşımında qeyd edib.

Oxşar xəbərlər