Rusiyalı politoloq: “Minsk qrupunun həmsədrliyində Fransanı Almaniya əvəzləyə bilər”

01 May 2021 18:26
83

“ATƏT-in Minsk Qrupu fərqli bir mövqe ortaya qoymalıdır”.

Ambur.az Apa-ya istinad'n xəbər verir ki, bunu bu gün Ağdamda erməni vandallığına məruz qalmış əraziləri ziyarət edən  Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib.

S. Markov deyib ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini irəli sürə bilər: “Çünki Fransa özünü tamamilə kənarda qoyub. Fransa hüquqazidd mövqedən çıxış edib və vasitəçi mövqeyindən çıxış edə bilməz. Fransa başqa bir ölkə, məsələn, Almaniya ilə əvəzlənə bilər”.

Oxşar xəbərlər