Rusların Şuşaya atılan “İsgəndər” raketilə bağlı cavabsız qoyduğu 10 sual...

07 Apr 2021 15:48
32

Azərbaycan rəsmi qurumu ANAMA (Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik)  işğaldan azad edilmiş Şuşa şəhərinə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər-M" raketlərinin atıldığını müzakirəyı çıxarıb.
 

Bu fakt dünya mediasında da böyük əks-səda doğurub. Tapılan qalıqlar Rusiyanın beynəlxalq razılaşmaları pozaraq, Ermənistana hədəfi vurma radiusu 500 kilometri ötən operativ-taktiki “İsgəndər” raketləri satdığını təsdiqləyir.

Beləliklə, Rusiyanın Ermənistana "İsgəndər-M" raketini satması beynəlxalq öhdəlikləri pozması anlamına gəlir. 

Rusiya isə hələ ki, məsələyə əməlli-başlı cavab verməyib... Rusların məsələylə bağlı cavabsız qoyduğu 10 sual...


  • 1. Şuşaya atılan “İsgəndər - M” raketi Ermənistana necə verilib?
     
  • 2. Ermənistana “İsgəndər - E” yox, “İsgəndər - M” verilibsə, Rusiya 300 kilometrdən çox uçan ballistik raketlərlə bağlı öhdəliyi niyə pozub?
     
  • 3. Xeyr, Ermənistana “İsgəndər – E” raketi verilibsə, o zaman, “İsgəndər – M” raketi Şuşaya doğru haradan uçub?
     
  • 4. “İsgəndər – M”lər Ermənistandakı Rusiya hərbi bazasındadırsa, raket oradanmı atılıb?
     
  • 5. “İsgəndər” raketi ilə təchiz olunan Rusiya Cənub Hərbi Dairəsi bu işin harasında yer alır?
     
  • 6. Əmri kim verib: ruslarmı?
     
  • 7. Rusiyanın hərbi-siyasi rəhbərliyinin belə bir əmrdən xəbəri olubmu?
     
  • 8. “İsgəndər – M” Ermənistana qaçaq yolla aparılıbsa, Rusiyanın nüvə başlığı daşımaq qabiliyyətinə malik raketlərinə nəzarət imkanı bu qədərmi zəifdir?
     
  • 9. Rusiya gömrük və sərhəd məntəqələrinə nəzarət edə bilmirmi, yaxud kiçik həcmli stabilizatoru tapanlar necə olur ballistik raketləri gözdən qaçırıb?
     
  • 10. Və ən əsası Rusiya bu suallar qarşısında niyə susur?
     

Rusiya “danışır Moskva” modelindən “susur Moskva” modelinə keçib. Və bu, bizə versiyalar irəli sürmək imkanı verir:


Birinci versiya: Rusiya Ermənistana “İsgəndər – E” yox, “İsgəndər – M” raketləri verib;


İkinci versiya: “İsgəndər – M”lər iddia edildiyi kimi, Cənub Hərbi Dairənin anbarlarından oğurlanaraq, Ermənistana qeyri-leqal yollarla ötürülüb və fakt ortaya çıxanda Rusiyanın hərbi-siyasi rəhbərliyi, yaxud bu ölkədəki yüksək dairələr məsələni ört-basdır etməyə çalışır;


Üçüncü versiya: Şuşaya raket ya Gümrüdəki bazadan, ya da Cənub Hərbi Dairəsinin nəzarət bölgəsindən atılıb.

Oxşar xəbərlər