Rüstəm Sadiqli-LERİKİM

05 Yan 2021 13:38
56

Köksüm də döyünən ürəyimsən sən,
Arxamda dayanan dirəyimsən sən,
Gücümün quvəsi, biləyimsən sən,
Ömrümün baharı gözəl Lerikim!


Sənin təbiətin ruhun işığı,
Allahdan almısan bu yaraşığı,
Dağların yan-yana sulh sarmaşığı,
Dostluqlar diyarı gözəl Lerikim!


Nəfəsi içimə çəkdiyim zaman,
Həyatı yazıram elə bil başdan.
Bir an uzaqlaşıb dava,dalaşdan,
Anıram səcdə ilə yarı Lerikim!


Tay tapa bilmədim dünyada sənə,
Yaradan nur verib maya da sənə,
Gərçəkdə bir zirvə,ruya da sənə,
Deyərim safligin qarı Lerikim!


Qonaqpərvər oğlun var, qizın var,
Təpə,dağın yam yaşıldır, düzün var,
Bir cənnətsən sənin bir tək üzün var,
Ucal yüksəklərə,yuxarı Lerikim!

                     Rüstəm SADİQLİ

Oxşar xəbərlər