Rüşvət üstündə tutulan psixiatr hakim qarşısına çıxarılır

15 İyl 2022 12:07
200

Rüşvət ittihamı ilə saxlanılan Lerik Rayon Mərkəzi Xəstəxanasının psixiatr-həkimi Balaş Təhməzovla bağlı istintaq yekunlaşıb.

Ambur.az “Kriminalqafqaz”ya istinadən xəbər verir ki, onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Araşdırma hakim Faiq Qəniyevin sədrliyi ilə aparılacaq. Bu gün prosesin hazırlıq iclası baş tutub.

Qeyd edək ki, Şirvan şəhər sakini Adil Zərbiyev bir qrup Sabirabad rayon və Şirvan şəhər sakinlərinə guya əlillik dərəcəsi təyin etdirəcəyini vəd edib aldadaraq 2019-cu ilin sonlarında onlara məxsus ümumilikdə 9 min 500 manat pul vəsaitini ələ keçirib və onları vəzifəli şəxsə rüşvət verməyə təhrik edib. O, bu əməlləri Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində çalışan Balaş Təhməzovla cinayət əlaqəsinə girərək törədib.

Adil Zərbiyev və Balaş Təhməzova Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər