Sabirabadda ər arvadını, qayınatasını və özünü öldürüb

20 Avq 2021 21:39
175

Sabirabadda güllələnmə hadisəsi baş verib.

Ambur.az “Report”-a istinadən xəbər verir ki, hadisə Əsgərbəyli kəndində qeydə alınıb.

Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu, sonra isə özünü öldürüb.

İlkin məlumata görə, N.Məhərrəmovla həyat yoldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib.

Faktla bağlı araşdırma aparılır.
 

Oxşar xəbərlər