Sabirabadda “KamAZ” aşıb, xəsarət alanlar var

02 May 2021 15:19
151

Sabirabad rayonunun Şəhriyar kəndində “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

Ambur.az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər