Sabirabadda koronavirus xəstəsi yaşayış yerini tərk edib

27 Avq 2021 11:11
145

Sabirabad rayon sakini İsa Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunsa da, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Ambur.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyənləşdirilib və dərhal yaşadığı ünvana qaytarılması təmin edilib.

İ.Zülfüqarov barəsində Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Oxşar xəbərlər