Sabirabadda döyülmə hadisəsi baş verib.
Ambur.az “Report”-a istinadən xəbər verir ki, hadisə Osmanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərov Səyyaf Fərasət oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
Faktla bağlı araşdırma aparılır.