Sabirin 159-cu doğum günü Şamaxıda qeyd olunub - FOTO

31 May 2021 10:38
38

Milli ədəbiyyatımıza, xüsusən də onun satira janrına böyük töhfələr vermiş dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 159-cu doğum günü Şamaxıda qeyd edilib. 

Ambur.az xəbər verir ki, böyük satirik şair, maarifçi və mütəfəkkir Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Mirzə Ələkbər Sabir) 30 may 1862-ci ildə Şamaxıda anadan olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Taman xanım Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri şairin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq dahi şairimizi ehtiramla yad ediblər.

<span>Sabirin 159-cu doğum günü Şamaxıda qeyd olunub - </span><span xss=removed> FOTO</span>
<span>Sabirin 159-cu doğum günü Şamaxıda qeyd olunub - </span><span xss=removed> FOTO</span>

Oxşar xəbərlər