Şabranda mikroavtobus aşdı - 1 nəfər öldü, 17 nəfər yaralandı

22 Sen 2022 16:21
83

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ambur.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

Oxşar xəbərlər