Şabrandakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edildi

12 İyl 2022 13:06
140

Şabranda meşəlik ərazida baş verən yanğına görə bir nəfər barəsində araşdırma başladılıb.

Ambur.az xəbər verir ki, DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.  

Belə ki,  rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb. Polis əməkdaşları tərəfindən E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada pratokol tərtib edilib  və araşdırılması üçün  aidiyyatı üzrə Kənd  Təsərrüfatı Nazirliyinə göndərilib.

<span>Şabrandakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edildi</span><span xss=removed> </span>
<span>Şabrandakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edildi</span><span xss=removed> </span>

Oxşar xəbərlər