ŞAHNİŞİN XAN SARAYI

24 Yan 2021 18:01
73

Şahnişin xan sarayı XVIII-XIX -əsrin qovşağında tikilmiş Xəlifə Mir Abbas xanın ikimərtəbəli sarayı Lənkəranda keçmiiş Füzuli küçəsindəki təmir-tikinti idarəsinin yerində olmuşdur. Qocaların söylədiyinə görə sarayın hər mərtəbəsi 20 otaqdan ibarət idi. Tavan, divarlar, pəncərə və qapılar nəfis ornamentli bəzəklərlə, fiqurlu aynalarla bəzədilmişdi. Sarayın pəncərələri lazım gəldiktə qaldırılıb endirilə bilərdi. Yazılı məlumatlara görə, sarayı yalnızca Şəki xan sarayı ilə müzakirə etmək olardı. 

Əsrin əvvəllərində saray dağıdılmış, bir nişanəsi belə qalmamışdır. Lakin yeraltı bünövrənin qalıqları, forması burada möhtəşəm bir sarayın olduğunu xəbər verir. Bu saray haqqında 1890-cı ildə Lənkəranda olmuş rus yazıçısı V.Sidorovun təsviri maraqlıdır. Yazıçı yazır: "Bizə xoş gələn bu tatar Lənkəranın da Talışın qədim xanlarının kərpicdən tikilmiş yarıuçuq sarayı var. Otaqlar formasında olub divarlardan xeyli irəli çıxan kirəmitli çardaqla örtülən və iri pəncərələrlə deşilən bütün saray nə vaxtsa bağ olmuş çöllüyün ortasında durur... Binanın bir tərəfini başdan başa əlvan pəncərələr olan qəbul salonu tutur. Onun tavan və karnizləri yuvacıqlar, gözəl medalyonlar və incə rəsmlər əmələ gətirən güzgü şüşəciklərdən tərtib edilmişdir. Qabartmaların ağ salxımları güzgülərdə əks olunub böyük effekt yaradır. Necədə qəmli və atılmış görünür bu iri salon... Yuvacıqlardan qara deşiklər buraxan güzgü şüşəcikləri sallanır və yavaş-yavaş dağılır və nə vaxtsa süstlü olan sarayı məhv olur".

XIX əsrin sonları. Talış xan sarayı (Şahnişin), Hacı Mir Abbas xanın oğlu Mir İsaq xan Talışinski. Mir Mustafa xan Talışinskinin şəxsi arxivi.

Qocaman müəllim Asəf Talışdı deyir: "Mirzə İsa müəllim biz şagirdləri 1922-ci ildə həmin sarayın ətrafından təbaşir parçaları yığmağa göndərirdi. Bu saray Yerevandakı Sərdar, Şəkidə Şəki xanlarının Şuşada Qarabağ xanlarının sarayı ilə həm planlaşma həm də memarlıq baxımından ümumi xüsusiyətlərə malikdir. Bu XVIII-XIX-yüzilliyin qovşağında Azərbaycanın saray memarlığı üçün səciyyəvidir. Yerli Hacı Mir Abbas xan (General xan) şəhərə gələn Rus və İranın dövlət nümayəndələrini, hətta şahı bu sarayda Şahnişin (şahın oturduğu yer) adı verilmişdir".

         Tarixçi-tədqiqatçı: Rəzzaq Xansıvo
                    "Aləm" jurnalı
           

Oxşar xəbərlər