Şair, jurnalist İctimai TV-dən ölkədə yaşayan xalqların dillərində verilişlər verilməsini istəyib - VİDEO

30 Apr 2022 11:38
592

""İctimai TV" var, onun proqramında lap əvvəlində mənim xəbərim var nizamnaməsindən ki, ayrı-ayrı xalqların dillərində verilişlər verilsin. Amma bu məsələlər orda yoxdur, özü də çox az və nadir halda veriliş verirlər. Məsələn, o televiziya vasitəsi ilə, başqa vasitələrlə biz hər bir xalqın tarixini, onun mədəniyyətini, yaxşı o sahədə bilgin adamlar var, o sahədən çıxan alimlər var, onların söhbətlərini dinləyək televiziyadan, belə məclislərdən"".

Ambur.az Aləm TV-yə istinadən xəbər verir ki, bunu jurnalist, şair, tədqiqatçı Müzəffər Məlikməmmədov 27 aprel 2022-ci ildə Azərbaycan Dillər Universitetində yazıçı Qurban Səidin talış, ləzgi və udin dilinə tərcümə olunmuş "Əli və Nino" romanının təqdimatında çıxışı zamanı deyib.

"Biz, Azərbaycanda xalqlar yaşayırıq. azərbaycanlılar, ləzgilər, talışlar, kürdlər, udinlər və i. Amma, gəlin səmimi boynumuza alaq ki, heç birimiz o biri xalqın mədəniyyətinə, tarixinə kifayət qədər bələd deyilik. Biz xalqlarımızı tanıtmalıyıq. Düzdür, "İctimai TV" var, onun proqramında lap əvvəlində mənim xəbərim var nizamnaməsindən ki, ayrı-ayrı xalqların dillərində verilişlər verilsin. Amma bu məsələlər orda yoxdur, özü də çox az və nadir halda veriliş verirlər. Məsələn, o televiziya vasitəsi ilə, başqa vasitələrlə biz hər bir xalqın tarixini, onun mədəniyyətini, yaxşı o sahədə bilgin adamlar var, o sahədən çıxan alimlər var, onların söhbətlərini dinləyək televiziyadan, belə məclislərdən. Mənə elə gəlir ki, bu məsələlərə biraz çox fikir verməliyik...", -deyə Müzəffər Məlikməmmədov bildirib.

Qeyd edək ki, romanın ləzgi dili variantının tərcüməsi Müzəffər Məlikməmmədova məxsusdur.

Oxşar xəbərlər