Salyan sakini Bakıda itkin düşüb

18 Sen 2021 07:54
147

Salyan sakini Bakıda itkin düşüb.

Ambur.az-ın “Report”-a istinadən məlumatına görə, Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu sentyabrın 16-da Bakıya gedib.

Bir gün sonra isə bacısı Ədibə Xudaverdiyeva onunla telefonla danışıb. Bundan sonra Ə.Xudaverdiyevlə əlaqə saxlamaq mümkün olmayıb. İki gündür ondan xəbər olmadığı üçün polis şöbəsinə məlumat verilib.

Qeyd edək ki, fiziki qüsurlu və II qrup əlil olan Ə. Xudaverdiyev I Qarabağ şəhidi Rəhman Xudaverdiyevin qardaşıdır. Bu, onun ikici dəfə itkin düşməsidir.

Onu Bakıda görənlərdən Salyan Rayon Polis Şöbəsinə və 051 768 66 89 əlaqə nömrəsinə zəng vurmaları xahiş olunur.

<span>Salyan sakini Bakıda itkin düşüb</span><span xss=removed> </span>

Oxşar xəbərlər