Salyanda avtomobil 16 yaşlı gənci vuraraq öldürüb

12 Sen 2021 18:49
191

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Ambur.az-ın “Report”-a istinadən məlumatına görə, hadisə Düzənlik kəndində qeydə alınıb.

Rayonun Xalac kənd sakini, 1958-ci il təvəllüdlü Babayev Siyasət Hüseynağa oğlu idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən Düzənlik kənd sakini, 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Rövşən oğlunu vurub. Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər