Salyanda nar bağında fitosanitar monitorinqlər aparılıb

28 Sen 2021 16:58
53

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Ambur.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Salyan regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yerləşən nar bağında fitosanitar monitorinq aparılıb.

Kənddə 40 hektara yaxın əkin sahəsi olan nar bağında aparılan monitorinqlər zamanı aqrokimyəvi maddələrin saxlanması, daşınması və istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara müvafiq tövsiyələr verilib.

Monitorinq zamanı sahibkarları maraqlandıran suallar cavablandırılıb, fitosanitar mübarizə tədbirləri barədə maarifləndirici məlumatlar çatdırılıb.

Oxşar xəbərlər