Salyanda üzüm bağlarında məhsul yığımı yekunlaşır- Foto

14 Sen 2021 11:49
50

Salyanda əsas təsərrüfat sahələrindən biri də üzümçülükdür. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərirlər.

Ambur.az AZƏRTAC-a istinadən xəbər verir ki, Salyan rayonundakı üzüm bağlarında yığım prosesi yekunlaşmaq üzrədir. Bağ sahibləri bu il daha çox məhsul götürmək üçün budamanı vaxtında başa çatdırıb, sahələri zərərvericilərə qarşı dərmanlayıblar. Nəticədə üzüm bağlarında bol məhsul yetişib. Məhsulun bolluğu təbii ki, əkilən üzüm sortları ilə də bağlıdır.

Məhsul bol olsa da, fermerlər satış qiymətinin ucuz olduğunu deyirlər. Bağ sahibi Əliağa Əliyev bildirib ki, 20 hektar sahədə dərim artıq yekunlaşmaq üzrədir: “50 tona yaxın üzüm yığmışıq. Çalışacağıq bundan da yaxşı olsun. Ancaq qiymət ucuzdur. Builki məhsulumuzu emal müəssisələrinə 25 qəpiyə təhvil veririk. Bu isə bizi qane etmir”.

Fermerlər deyirlər ki, becərmə dövründə su problemi yaşasalar da, gecikmə ilə də olsa, bağlarını suvara biliblər. Onlar hər il üzüm bağlarını genişləndirir, bu zaman isə ən məhsuldar sortlar əkirlər.

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin böyük məsləhətçisi Şəhriyar İsgəndərovun sözlərinə görə, rayonda 1122 hektar sahədə üzüm bağları salınıb. Bunun da 932 hektarı bar verəndir. Salyanlı fermerlər əkin zamanı əsasən “Ağ ağadayı”, “Ağ şanı”, “Qara şanı” sortlarına üstünlük verirlər. Bu günə qədər üzüm bağlarından 430 ton məhsul yığılıb. Hazırda məhsul yığımı davam edir.

Qeyd edək ki, üzüm sahələri Salyanın əsasən Xələc, Qarabağlı, Yenikənd və Kürsəngi kəndlərində salınıb.

Salyanda üzüm bağlarında məhsul yığımı yekunlaşır- Foto
Salyanda üzüm bağlarında məhsul yığımı yekunlaşır- Foto
Salyanda üzüm bağlarında məhsul yığımı yekunlaşır- Foto
Salyanda üzüm bağlarında məhsul yığımı yekunlaşır- Foto

Oxşar xəbərlər