Salyanda yanğın, bir nəfər xilas edildi

22 Avq 2021 09:40
53

Salyan rayonunda ümumi sahəsi 120 kvadrat metr olan birmərtəbəli iki otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Ambur.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxşar xəbərlər