Salyanda yol qəzası olub, xəsarət alanlar var

18 Okt 2021 19:35
39

Salyan rayonunda yol qəzası baş verib.

Ambur.az bildirir ki, hadisə rayonun Beştalı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili “Muravey”lə toqquşub. Qəza nəticəsində rayonun Beştalı kənd sakinləri, 2003-cü il təvəllüdlü Salmanov Hüseynağa Həsən oğlu və 2004-cü il təvəllüdlü Abdullazadə İlkin Rahib oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər