Saməddin Məmmədov azadlığa çıxdı

09 Fev 2022 23:48
160

Saməddin Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.

Ambur.az "Qafqazinfo"-ya xəbər verir ki, bu barədə “Azadlıq” qəzetinin feysbuk səhifəsi məlumat yayıb.

Bildirilib ki, bu gün Cəlilabad rayon məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə Saməddin Məmmədov, onun oğlu Nahid Məmmədov və bacısı oğlu Elsevər Məmmədov barəsində hökm oxunub.

Saməddin Məmmədov 2 il 8 ay, Nahid Məmmədov 2 il, Elsevər Məmmədov isə 1 il 6 ay şərti olaraq azadlıqdan mərhum edilib.

Qeyd edək ki, S.Məmmədov barəsində CM-nin 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanılaraq saxlanılmışdı. Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.
 

Oxşar xəbərlər