Səfərbərliyə cəlb edilmiş Moskva sakinləri ayda əlavə 50 min rubl alacaq

22 Sen 2022 12:44
62

Rusiyada qismən səfərbərliyə cəlb edilmiş Moskva sakinləri ayda əlavə 50 min rubl alacaqlar.

Ambur.az xəbər verir ki, bu barədə sərəncamı Moskva meri Sergey Sobyanin imzalayıb.

Sərəncamda əsgərlərə və ya onların ailələrinə hansı digər ödənişlərin verilməsi də qeyd olunub. Belə ki, əsgərlər yüngül xəsarət zamanı 500 min, ağır xəsarət zamanı 1 milyon rubl ödəniş alacaqlar. Ölüm halında isə həmin əsgərin ailəsinə 3 milyon rubl pul ödəniləcək.

Oxşar xəbərlər