Şəhid ailəsinə təqaüd kartı təqdim edildi

04 Yan 2021 12:16
237

Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid Allahverdi Allahverdiyevin ailəsinə də Prezidentin aylıq təqaüdü təyin olunub. 

Ambur.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, şəhid ailəsi ilə görüşən 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu barədə ailəyə məlumat veriblər.

Mərkəzin direktoru Elvin Bayramov şəhidin valideynlərinə - Əli Allahverdiyevə və Elyana Allahverdiyevaya təqaüd kartını təqdim edib. O, şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verib.

Bildirilib ki, DOST Agentliyi gələcəkdə də ailənin yaşayışını diqqətdə saxlayacaq.

<span>Şəhid ailəsinə təqaüd kartı təqdim edildi</span><span xss=removed> </span>
<span>Şəhid ailəsinə təqaüd kartı təqdim edildi</span><span xss=removed> </span>

Oxşar xəbərlər