Şəhid Anar Novruzovun qızı universitetə qəbul oldu

04 Sen 2021 11:01
424

Masallı rayonunun Ərkivan qəsəbəsindən olan və 2020-ci ilin iyul ayında -"Tovuz döyüşləri"ndə şəhid olan mayor Anar Novruzovun qızı Firuzə Novruzova Xəzər Universitetinə qəbul olub.

Ambur.az xəbər verir ki, Firuzə Novruzova universitetin “Tarix müəllimliyi” ixtisasında təhis alacaq.

Qeyd edək ki, bu gün ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb, 44861 nəfər tələbə adını qazanıb.

Oxşar xəbərlər