Şəhid atası koronavirusdan dünyasını dəyişdi - Foto

19 Dek 2021 12:06
163

Vətən müharibəsi şəhidi, baş leytenant Hikmət Səfərovun atası İldırım Səfərov vəfat edib.

Ambur.az-ın “Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, şəhid atası oğlunun il mərasimindən bir gün sonra, dekabrın 9-da koronavirusa yoluxub və onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İldırım Səfərov vaxtilə Ağdam rayon Yusifcanlı kənd məktəbinin direktoru olub.

Əlavə edək ki, İldırım Səfərovun oğlu ötən ilin dekabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant uzun müddət komada qalmışdı. Ötən ilin dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşmuşdu.

Şəhidlik zirvəsinə yüksələn zabit Səfərov İkinci Fəxri Xiyabanda dəfn edilib.

Şəhid atası koronavirusdan dünyasını dəyişdi - Foto
Şəhid atası koronavirusdan dünyasını dəyişdi - Foto
Şəhid atası koronavirusdan dünyasını dəyişdi - Foto

Oxşar xəbərlər