Şəhid Babazadə Babazeynal medalla təltif edilib

05 Noy 2021 19:56
319

Bu gün Vətən müharibəsi şəhidi Babazadə Babazeynal medalla təltif edilib

Ambur.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən şəhid Babazeynal Babazadə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Bundan öncə isə o, "Vətən uğrunda" medalları ilə təltif edilib.

Qeyd edək ki, Babazeynal Maqsud oğlu Babazadə 01 iyul 2001-ci ildə Lerik rayonunun Aşağı Amburdərə kəndində anadan olub. 2019-cu ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Vətənə xidmətə yola salınıb. 

2020-ci ilin sentyabr tarixində II Qarabağ müharibəsi başladığı gündən Babazeynal da torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşə qatılır, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərir. Qəhrəman əsgər 07 oktyabr tarixində Ağdərə rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Aşağı Amburdərə kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər