“Şəhid bacısı“ adı altında feyk profillər vasitəsilə pul toplayan şəxs saxlanıldı - VİDEO

21 Sen 2022 12:22
47

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Ambur.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər