Şəhid Fəridin anası: “Özünü qoru, gözümün ağı-qarası bircə oğlumsan“ - Fotolar

23 Avq 2022 15:50
133

Bu gün Vətən müharibəsi şəhidi Fərid Seyfullayevin doğum günüdür

Fərid Xeyrulla oğlu Seyfullayev 1991-ci il avqustun 23-də Xaçmaz şəhərində anadan olub. Uşaqlıq illərini Xaçmazda keçirb. Bir bacı və bir qardaş olmaqla ailədə dörd nəfər olublar. Təhsilini başa vurduqdan sonra Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən Həqiqi Hərbi xidmətə yola salınır. Bir bacı və bir qardaş olmaqla ailədə dörd nəfər olublar. Fərid əsgərliyini bitirdikdən sonra hərbi qulluqçu kimi xidmətdə qalmaq istəsə də, ailəsi evin tək oğlu olmasını nəzərə alaraq buna razı olmayır. Amma "Aprel döyüşləri"ndən sonra Fərid arzusunu reallaşdıraraq Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində xidmətə başlayır.Daxili Qoşunlarının əsgəri olan Fərid Seyfullayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Fərid Seyfullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Şəhidin nəşi doğulduğu Xaçmaz şəhərinə gətirilib və orada torpağa tapşırılıb. Ailəli idi, Ayla və Səma adında iki qız övladı Vətənə əmanət qalır. İkinci övladı olan Səma atası şəhidlik zirvəsinə ucalandan sonra dünyaya göz açıb.Fərid anası ilə danışarkən, "Ana, məndən nigaran olmayın, mən dünənki əsgər deyiləm", -deyib, anasını arxayın edirdi. Dayısı I Qarabağ döyüşlərində şəhid olduğu üçün, o, evə zəng edəndə həm də "Ana, dayımın qisasını alıram. Düşmənə nəfəs almağa imkan vermirik" -deyirdi. Fərid evin tək oğlu olduğundan, anası "Özünü qoru, gözümün ağı-qarası bircə oğlumsan", - deyib.

Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Fərid Seyfullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!

Ambur.az

Oxşar xəbərlər