Şəhid Hakim Həsənov

18 Fev 2021 10:52
162

Hakim Cəmiyağa oğlu Həsənov 1973-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1990-cı ildə Yeddioymaq kənd orta məktəbinin, 1991-ci ilin oktyabrında isə Bakı Dənizcilik Məktəbini bitirmişdir. Hakim 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusun Qusar batolyonunda hərbi xidmətə başlamışdır. Füzuli bölgəsində ermənilərə qarşı vuruşmuş, sentyabr ayında Qubadlı-Laçın bölgəsində gedən qızğın döyüşlərdə fəal iştirak etmiş, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan, Türklər kəndlərinin erməni quldurlarından təmizlənməsində böyük şücaət göstərmişdir. Hakim Füzuli, Laçın, Qubadlı və Zəngilan bölgələrində onlarla yaralı və meydin döyüş zonasından çıxarılmasına nail olmuşdur. Ona Komandirlər tərəfindən qoçaqlığına və cəsurluğuna görə təşəkkür edilmiş, iki dəfə məzuniyyət verilmişdir. Lakin o döyüş yoldaşlarından ayrılmamış, məzuniyyətə getməkdən imtina etmişdir. Hakim 1993-cü il aprelin 3-də Laçın bölgəsinin Qızartı kəndini erməni qəsbkarlarından azad edərək qəhrəmancasına həlak olmuş, Qasımlı kənd qəbristanlığında dəfn edilmişdir. Qasımlı kənd orta məktəbinə Hakim Həsənovun adı verilmişdir. Subay idi.

Facebook: MASALLININ TANINMIŞLARI -Mehdi Fəyyazov

Oxşar xəbərlər