Şəhid kiçik gizir Əsədullayev Elnur ordenlə təltif edilib

05 Noy 2021 19:15
272

Bu gün Vətən müharibəsi şəhidi, kiçik gizir Əsədullayev Elnur ordenlə təltif edilib

Ambur.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid kiçik gizir Elnur Əsədullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bundan öncə isə o, ölümündən sonra "Füzulinin azad olumasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Qeyd edək ki, Elnur İmran oğlu Əsədullayev 13 iyun 1998-ci ildə Lerik şəhərində anadan olub. 2016-cı ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınır. 18 yanvar 2018-ci ildə hərbi xidmətini başa vuran Elnur evinə qayıdır. 15 iyun 2018-ci ildə könüllü olaraq Vətənə xidmət etməyə gedir və Beyləqan rayonunun "N" saylı hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət etməyə başlayır. Kiçik gizir Elnur xidmətində fərqləndiyinə görə manqa komandirindən vəzifəsindən tank komandiri vəzifəsinə yüksəlir.

27 sentyabr 2020-ci il tarixindən etibarən başlayan II Qarabağ mühribəsində fəal iştirak edərək vətəninə, elinə, obasına olan sevgisini bir daha sübut etmiş olur. Düşmənə sarsıdıcı zərbələr endirərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən Elnur oktyabr ayının 30-da Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhidlik məqamına yüksəlir. Şəhidin nəşi Lerik rayonuna gətirilir və orada torpağa tapşırılır.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər