Şəhid mayor Əhədzadə İlkin ordenlə təltif edildi

05 Noy 2021 15:27
180

Bu gün II Qarabağ müharibəsi şəhidi mayor Əhədzadə İlkin ordenlə təltif edildib

Ambur az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid mayor İlkin Qələmşah oğlu Əhədzadə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Bundan öncə isə o, ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, İlkin Qələmşah oğlu Əhədzadə 26 iyun 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 27 sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ müharibəsində tabor komandirinin müavini, mayor İlkin Əhədzadə döyüşə qatılır, Kəlbəcərin alınmasında xüsusi qəhrəmanlıq göstərir. İgid komandir Əhədzadə İlkin Kəlbəcər istiqamətində üç post ələ keçirmiş və həmin postlara təminat apardığı zaman 1 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi Bakı şəhərinə gətirilərək II Fəxri Xiyabanda torpağa tapşırılır.

Allah rəhmət eləsin! 

Oxşar xəbərlər