Şəhid Səfərov Elvin ölümündən sonra “Qarabağ“ ordeni ilə təltif olunub

10 Dek 2020 18:05
1421

Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Ambur.az xəbər verir ki, sərəncamə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Lerik rayonunun Soru kəndində anadan olmuş SAT miçman rütbəli şəhid Səfərov Elvin Ramiz oğlu ölümündən sonra "Qarabağ" ordeni ilə təltif olunub. Allah rəhmət eləsin. Vətən sağ olsun!

Oxşar xəbərlər