Şəhid Tahirov Firdovsi ordenlə təltif edilib

05 Noy 2021 19:52
214

Bu gün şəhid Firdovsi Tahirov ordenlə təltif edilib

Ambur.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən şəhid Tahirov Firdovsi  “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bundan öncə isə o, ölümündən sonra  "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Qeyd edək ki, Tahirov Firdovsi Balaxan oğlu 01 mart 1997-ci il Lerik rayonun Dico kəndində anadan olmuşdur. 2003-cü ildə Dico kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 4-cü sinifə qədər həmin məktəbdə oxumuşdur. 2008-ci ildə şəhid Namiq Hacıyev adına Tikəband kənd tam orta məktəbin 5-ci sinifinə daxil olmuşdur. 2015-ci ildə həmin məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. 

2019-cu ildə universteti bitirib iyul ayında hərbi xidmətə yollanıb. İlk xidməti Gəncədən başlamış və oradan Xüsusi Təyinatlıya könüllü olaraq yollanmışdır. Sonra Cəlilabadda Xüsusi Təyinatlı dəstədə xidmətə başlamışdır. Hərbidə həkim köməkçisi olmuşdur. Firdovsinin döyüş yolu 2020-ci ilin iyul ayında başlayan "Tovuz döyüşləri"ndən başlayır. Könüllü olaraq Xüsusi Təyinatlılardan ibarət dəstədə "Tovuz döyüşləri"ndə iştirak etmişdir. 2-ci Qarabağ müharibəsində də Firdovsi iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn Firdovsi sentyabr ayının 27-dən 28-nə keçən gecə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Dico kəndinə gətirilib və orada torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər