Şəhidin 5 yaşlı övladı bədbəxt hadisə nəticəsində öldü

18 İyl 2022 05:34
135

Gəncədə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Ambur.az xəbər verir ki, ötən axşam şəhər sakini 2017-ci il təvəllüdlü H.Cəfərlinin boğazında şokolad kağızı qalıb. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o nəfəs ala bilmədiyi üçün həyatını itirib.

Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər