Şəkidə piyadanı avtomobil vurub

18 Mrt 2021 19:55
51

Şəki rayonunda piyadanı avtomobil vurub.

Ambur.az bildirir ki, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən yaşlı kişini "Opel" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər